00:00:00
Yazar
Admin User
16.07.2024 04:16 364 1 dəq oxuma
Dünya

Fransanın dövlət borcu niyə artmaqdadır?

Fransanın dövlət borcu niyə artmaqdadır?

Fransanın dövlət borcu 2027-ci ilə qədər hazırkı 3,1 trilyon avrodan 3,6 trilyon avroya qədər yüksələ bilər. Bu barədə Fransa Hesablama Palatasının rəhbəri Pyer Moskovisi “France Inter” radiostansiyasının efirində məlumat verib.

 

Məsələni "informator.az"a şərh edən siyasi şərhçi Əli Mustafanın sözlərinə görə, idarəetmədə ciddi nöqsanlar olduğuna görə dövlətin borcu yaranır:

 

"Fransa Avropa ittifaqının pulundan (avro) istifadə edir. Bu baxımdan o qədər də sərbəst deyil. Fransanın idarəçilərinin maliyyə, iqtisadi fəaliyyətində olan nöqsanlar, səbəbi ilə borc yaranıb. Fransa bu qədər məbləği digər dövlətlərə deyil, beynəlxalq şirkətlərə, Ümumdünya bankına, qurumlara borcludur. Borcun qaytarılması sadə məsələ deyil. Bu hal tək Fransada deyil, dünyanın əksər dövlətlərində müşahidə olunur".

 

Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər