00:00:00
Yazar
Elmira Ağayeva
19.08.2026 21:39 47 1 dəq oxuma
Siyasət

“Fransanın İranla yaxşı münasibətlərə malik olması mümkün deyil”- Xaqani Cəfərli

“Fransanın İranla yaxşı münasibətlərə malik olması mümkün deyil”- Xaqani Cəfərli

İki iranlı diplomat yaxın günlərdə Fransadan çıxarılacaq. Bu barədə Fransanın avropa və xarici işlər naziri Jan-Noel Barro X sosial media hesabında məlumat yayıb.

O bildirib ki, bu addım İranda eyni sayda fransız diplomata qarşı törədilən hadisəyə cavab olaraq atılacaq.

Mövzu ilə bağlı siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Fransa ilə İran arasında diplomatların qarşılıqlı şəkildə ölkədən çıxarılması münasibətlərin Tehran üçün arzuolunmaz mərhələyə keçdiyini göstərir:


“Fransa tarixən İranla ən yaxşı münasibətlərə malik Avropa ölkəsi hesab olunur. İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin sürgündə olarkən bir müddət Fransada yaşaması da iki ölkə arasında münasibətlərin göstəricisi kimi dəyərləndirilə bilər.İndi Fransanın iki iranlı diplomatı ölkədən çıxarmaq qərarı sadəcə cavab addımı Tehrana qarşı Parisin siyasətinin sərtləşməsi kimi xarakterizə oluna bilər. Belə görünür ki, iki ölkə arasında münasibətlər gərginləşməkdə davam edəcək. Xüsusilə də, SEPAH liderlərinin Avropaya yönəlik təhdidlərindən sonra Fransanın İranla yaxşı münasibətlərə malik olması mümkün deyil”.


Nuray Əliyeva

#yaxşı #gündəm #malik #olması
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər