00:00:00
Yazar
Admin User
10.11.2025 18:22 146 1 dəq oxuma
Dünya

Fransanın sabiq Prezidenti Nikola Sarkozi azadlığa buraxılıb

Fransanın sabiq Prezidenti Nikola Sarkozi azadlığa buraxılıb

Fransanın keçmiş Prezidenti Nikola Sarkozi həbsdən azad olunaraq evinə qayıdıb. Paris Məhkəməsi onun Liviyadan qanunsuz vəsait toplama ittihamı ilə bağlı hökmə qarşı apellyasiya verdiyi müddətdə azadlıqda qalmasına icazə verib.

 

Xatırladaq ki, Sarkozi sentyabr ayında 2007-ci il Prezident seçkiləri kampaniyası üçün mərhum Liviya lideri Müəmmar Qəddafidən maliyyə vəsaiti toplamaqda günahkar bilinərək, oktyabrın 21-də beş il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə onun ölkəni tərk etmə riskinin olmadığını nəzərə alaraq, azadlığa buraxılmasına qərar verib. Bununla belə, Sarkoziyə Fransanı tərk etmək və ədliyyə orqanlarının nümayəndələri ilə əlaqə saxlamaq qadağan olunub.


Sarkozi “X” (keçmiş Twitter) sosial şəbəkəsində paylaşım edərək həbsdə keçirdiyi günlərin çətin olduğunu bildirib:
"Həqiqət qalib gələcək. Həyat bunu bizə öyrədir", - deyə o yazıb.

Sabiq Prezident əlavə edib ki, indi bütün diqqətini apellyasiya prosesinə yönəldəcək:
"Hekayənin sonu hələ yazılmayıb".

 

Oğullarından biri Lui Sarkozi isə atasının azadlığa çıxması ilə bağlı “Vive la liberté” (“Yaşasın azadlıq”) sözləri ilə paylaşım edib.

Qeyd edək ki, prokurorlar da onun apellyasiya müddətində azadlığa buraxılmasını tövsiyə ediblər.  Nikola Sarkozi ittihamları rədd edərək, özünü “intiqam və nifrətin qurbanı” adlandırıb.

 

Reuters
Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər