00:00:00
Yazar
Admin User
05.12.2025 17:43 99 2 dəq oxuma
Siyasət

Fridrix Merts və İlham Əliyev bir-birini qarşılıqlı səfərə dəvət ediblər

Fridrix Merts və İlham Əliyev bir-birini qarşılıqlı səfərə dəvət ediblər

 

Almaniya Kansleri Fridrix Merts Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyiş münasibətilə Prezident İlham Əliyevi təbrik edib və Almaniyanın regionda sabitliyi dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev təşəkkür edərək Azərbaycanın regional sülh təşəbbüslərini davam etdirəcəyini vurğulayıb.
Telefon danışığında Azərbaycan, Almaniya münasibətlərinin inkişafı müzakirə olunub.
Kansler Merts İlham Əliyevi Almaniyaya, Prezident isə Kansleri Azərbaycana səfərə dəvət edib.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Almaniya ilə Azərbaycan arasında daim siyasi münasibətlər yüksək səviyyədə olub və bu münasibətlər hazırda da, davam edir:

 

“Almaniya Kanslerinin Azərbaycan Prezidentinə zəng, ikitərəfli əlaqələrin yeni siyasi çağırışlara uyğun olaraq davam etdirilməsi, düşünürəm ki, razılaşdırılıb. Bu telefon zəngi təbii ki, mühümdür. Almaniya artıq beynəlxalq siyasi nizamda rol oynamağa çalışır. Həm, Avropa İttifaqında, həmçinin Cənubi Qafqaz və Mərkəzi Asiya siyasətində də, öz prioritetlərini reallaşdırmağa çalışır və bu müstəvidə də, Azərbaycanın imkanlarından istifadə etməyə çalışır. Düşünürəm ki, Azərbaycan Prezidenti Almaniyaya səfərə dəvət edilməsi, həmçinin Kansler Azərbaycana səfərə dəvət edilməsi, bu artıq Almaniya, Azərbaycan arasında siyasi əlaqələrdə yeni mərhələ kimi də, dəyərləndirmək olar. Çünki Bakı, Berlin əlaqələri regionun sabitliyi üçün real dəyişikliklərə gətirib çıxara bilər. Həmçinin Almaniya uzun illər Ermənistan, Azərbaycan münaqişəsində daima ədalətli mövqe tutub. Beynəlxalq hüququ dəstəkləyib və konkret olaraq, bu məsələdə Azərbaycanın yanında olub və düşünürəm ki, Almaniya Cənubi Qafqaz siyasətinin prioritetləri və bu regionda öz mövqeyinin gücləndirilməsi istiqamətində Azərbaycanla əməkdaşlıq edəcək. Məhz bu zəngin də, əsas tezisi bundan ibarət idi “.


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər