Fəsadları azaltmaq yolları
Son illər də dünyada baş verən zəlzələ, sel, yanğın və fırtına kimi təbii fəlakətlərin sayı artmaqdadır. Bu hadisələr insan həyatı və infrastruktur üçün ciddi təhlükə yaradır. Mütəxəssislər bildirirlər ki, təbii fəlakətlərin qarşısını almaq mümkün olmasa da, onların fəsadlarını azaltmaq mümkündür.
Bu məqsədlə müxtəlif ölkələrdə xəbərdarlıq sistemləri qurulur. Həmçinin, təlim və maarifləndirmə tədbirləri insanları fövqəladə vəziyyətlərdə düzgün davranmağa hazırlayır.
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev "İnformator.az" a müsahibə verib.
Təbii fəlakətlərin fəsadlarını azaltmaq üçün daha hansı tədbirlər görülməlidir?
"Əvvəllər bəzi şeyləri qeydə almırdılar. Hazırda isə hava radiasiyasından tutmuş, zəlzələlərin titrəyişlərini də qeyd edirlər. Hansı ki vaxt ilə onlardan minlərlə baş verənlər ya qeydə alınmır yaxud da əhaliyə çatdırılmırdı məsələn, sürüşmələr çoxalıbsa və hər hansısa bir infrastruktur yaradılarkən onun sürüşmə ehtimalına qarşı hər hansı inşaat tədbirləri doğru aparılısa, bu heç vaxt baş verə bilməz. Yəni bütün hallarda görülən işlərin texnologiyası yüksək səviyyə də icra edilərsə, bu fəsadları xeyli azaltmaq olar. Fəsadları azaltmaq üçün mütləq tikinti sektorun da yenidən işlənmələr lazımdır. Yeni tikilən evlərin dirəkləri dəqiq işlənməlidir. Fövqaladə Hallar Nazirliyi bu işə ciddi nazərat etməlidir. Əks halda fasadlar da çoxlacaq, insan ölümü də."
İnsanların fövqəladə vəziyyətlərdə düzgün davranması üçün hansı üsullar tətbiq olunmalıdır?
"Bunların hər birinə aid Fövqalədə Hallar Nazirliyinin davranış qaydaları var. "Zəlzələ vaxtı nə etmək lazımdır?", yaxud da "Sel suları zamanı nə etmək lazımıdır?" və s. bunlar işlənib hazırlanıb və təşkilatlara da verilib".
Zəlzələ və sel zamanı xəbərdarlıq cihazlarının tam mövcud olmaması fonunda fəsadların qarşısını almaq üçün hansı tədbirlər həyata keçirilməlidir?
"Konkret olaraq zəlzələnin, selin aparılması zamanı xəbərdarlıq üçün belə cihazları mövcud deyil, lakin bunların qarşısını almaq üçün ən vacib şərtlərdən biri odurki, həmin su axan çaylarımız var ki vaxtilə az sulu olub və sonradan yağıntılar nəticəsini də çox sulu olublar. Onların qarşılarından təxminən 40-50 ədəd bir neçə hissədən ibarət basenlərin tikiləməsi planlaşdırılmalıdır, ikincisi həmin sel suları ki var onların kəndlərə vurduğu fəsadların qarşısını almaq üçün kənar hissələrdən mütləq sahil zolaqları salınmalıdır. Bu problemləri aradan qaldırmaq üçün yollar mümkündür".
Arzu İbrahimova
