FTB direktoru noyabrda Çinə səfər edəcək
Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel gələn ay Çinə səfər edəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə "CBS News" telekanalı səfərlə bağlı planlarla tanış olan bir çox mənbəyə istinadən xəbər yayıb.
Təklif olunan səfərin təfərrüatları və gündəliyi açıqlanmayıb.
Telekanalın məlumatına görə, Patelin Çində kiminlə görüşəcəyi də hələlik bəlli deyil.
"CBS News" bildirib ki, danışıqların gündəliyində duran əsas məsələlərdən biri ABŞ-yə sintetik opioid fentanilin tədarükü ilə mübarizə olacaq.