00:00:00
Yazar
Admin User
09.12.2025 17:42 90 2 dəq oxuma
Siyasət

FƏTH: Qəzzanın idarə olunması üçün komitə yaxın zamanda yaradıla bilər

FƏTH: Qəzzanın idarə olunması üçün komitə yaxın zamanda yaradıla bilər

Qəzza sektorunu idarə edəcək texnokrat komitənin yaxın vaxtlarda formalaşdırılması gözlənilir. Bu barədə FƏTH hərəkatının nümayəndəsi Abdel Fattah Daula “Asharq al-Awsat” qəzetinə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, Qəzzada sülhün növbəti mərhələsi ilə bağlı danışıqlar çərçivəsində komitənin yaradılması barədə tezliklə rəsmi elan verilə bilər. Daula qeyd edib ki, hazırlanacaq strukturun ərəb və islam ölkələrinin mövqeləri ilə uyğunlaşdırılması və beynəlxalq səviyyədə qəbul edilən Fələstin mövqeyini əks etdirməsi vacibdir.
FƏTH həmçinin komitəyə rəhbərliyin fələstinli bir nazirdə olmasında israrlıdır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, burada söhbət Qəzzada yeni qurulacaq strukturlar, Fələstinin gələcəkdə bu bölgə ilə bağlı maraqlarını qorumağa yönəlik siyasi və təhlükəsizlik mexanizmlərindən gedir:


"Bu məsələ daha çox Qəzzanın idarəçiliyi, təhlükəsizliyi və gələcək statusu ilə bağlıdır.
Lakin mən düşünmürəm ki, yaxın zamanda Qəzzada ciddi bir dəyişiklik baş versin. Mövcud vəziyyət, tərəflər arasında davam edən qarşıdurmalar və beynəlxalq birliyin passivliyi səbəbindən Qəzzada qısa müddətdə əsaslı dəyişikliklər gözləməyə dəyməz.
Bütün bu müzakirələr, təşəbbüslər, planlar olsa da, bölgənin reallıqları və tərəflərin mövqeləri nəzərə alınsa, yaxın perspektivdə Qəzzada hər hansı müsbət dəyişiklik baş verməyəcək. Bu, ümumi olaraq Qəzzanın taleyinin müəyyən olunması və Fələstinin Qəzza ilə bağlı mövqeyinin qorunması, gücləndirilməsinə hesablanan bir addımdır. Bəli, görünən odur ki, Fələstin Qəzza ilə bağlı niyyətlərindən geri dönmür və haqlı olaraq bunu davam etdirir".


Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər