Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olunub
Noybarın 5-də məsələ ilə bağlı Ana Vətən Partiyasının İdarə Heyətinin iclası keçirilib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, partiyadan Bizim.media-ya bildirilib ki, iclasda Partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının 25 oktyabr 2025-ci il tarixli növbədənkənar IX Qurultayda baş verən qanun və Partiyanın Nizamnaməsi tələblərinin pozuntuları ilə bağlı İdarə Heyətinə ünvanladığı müraciət və bundan irəli gələn məsələlər müzakirə olunub.
