Görüş başa çatıb: Ərdoğan və Miçotakisdən mühüm açıqlamalar...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "İnanırıq ki, Türkiyə ilə Yunanıstan arasında əməkdaşlıq ruhunun gücləndirilməsi bütün bölgəmiz üçün faydalı olacaq".
Türkiyə Prezidenti bildirib ki, Baş nazirlə indicə çox məhsuldar, səmimi və konstruktiv görüşümüz oldu:
Görüşlərimiz zamanı ikitərəfli gündəliyimizdəki məsələləri nəzərdən keçirdik. Ötən il 6 milyard dollar olan ikitərəfli ticarət dövriyyəmizi 10 milyard dollara çatdırmaq məqsədi ilə çalışırıq. Mən inanıram ki, Yunanıstanla bizim aramızda həll olunmayacaq qədər böyük problem yoxdur. Bu bir prosesdir. Daha çox nəticə əldə etmək üçün onu diqqətlə inkişaf etdirmək lazımdır. Zəlzələ zonasında yerləşən ölkələrimiz həmişə qonşuluq qanununu yerinə yetirmiş, bir-birinə ilk yardım edən dövlətlər sırasında olmuşdur. Görüşlərimiz zamanı Türkiyə-Yunanıstan münasibətlərindəki bir-biri ilə əlaqəli problemləri müzakirə etdik. Biz problemlərimizi səmimi dialoq, mehriban qonşuluq və beynəlxalq hüquq yolu ilə həll etmək iradəmizə sadiqik. Gündəmimizin başında terror təşkilatları ilə mübarizə dayanır. Terrorla mübarizədə Yunanıstanla anlaşma birliyimiz getdikcə güclənir. Bölgəmizin gələcəyində terror təşkilatlarının yeri olmadığı ilə razıyıq adada. Belə bir addım regionumuzda sabitliyi və əmin-amanlığı gücləndirəcək".
Mayıl Soltanov
