00:00:00
Yazar
Admin User
25.11.2025 14:15 111 1 dəq oxuma
Siyasət

Gürcüstan Azərbaycan TIR-larını gömrükdən buraxmır

Gürcüstan Azərbaycan TIR-larını gömrükdən buraxmır

Batumidə və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır ki, Azərbaycan yük maşınları saxlanılır.

"İnformator.az" xəbər verir ki, TIR sürücülərindən biri Arslan Kərimov Report-a açıqlamasında problemin yalnız tütün yükləri olan maşınlarda yarandığını, digərlərinin isə sərbəst buraxıldığını deyib.

"Gürcüstan tərəfi yalnız bizim maşınları saxlayır, gürcü maşınları sərbəst keçirlər. Səbəb açıqlanmır və konkret cavab vermirlər. Gömrük qurumuna müraciət etmişik, amma bizə bildirilib ki, maşınlar Maliyyə Polisinin nəzarətinə düşüb. Halbuki maşınlar tranzit yük daşıyır və Avropaya gedirdi", - sürücü vurğulayıb.

A.Kərimovun sözlərinə görə, maşınların buraxılmaması üçün heç bir məhkəmə qərarı yoxdur və onlar yalnız gömrük işçilərinin müşahidəsi altında saxlanılırlar.

O qeyd edib ki, gömrük işçiləri sürücülərlə kobud davranır və suallara normal cavab vermirlər.

Azərbaycanın Batumidə Baş konsulluğundan bildirilib ki, vəziyyətdən məlumatlıdırlar və məsələnin həlli istiqamətində iş aparırlar.

Azərbaycanın Gürcüstandakı səfirliyindən isə məlumat verilib ki, onlara yazılı ərizə ilə müraciət ediblər və onlar da bu işlə məşğuldurlar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər