00:00:00
Yazar
Admin User
28.05.2025 04:42 191 1 dəq oxuma
Dünya

Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır

Gürcüstan Azərbaycanın davamlı inkişafına verdiyi dəstəyə sadiq qalır

 

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.


"İnformator.az" "Report"a istinadən xəbər verir ki, təbrikdə deyilir:

 

"28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına gürcü xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar gün Azərbaycan xalqının milli qürurunun, mətanətinin və əzmkarlığının qüdrətli rəmzidir.


Azərbaycan öz tarixi boyu güclü, müstəqil dövlət kimi beynəlxalq aləmdə nüfuzlu rola malik ölkə olmaq üçün xeyli çətinliklərin öhdəsindən gəlib.


Gürcüstanda biz xalqlarımızı birləşdirən nümunəvi dostluğu və güclü strateji tərəfdaşlığı yüksək qiymətləndiririk. Ölkələrimiz qarşılıqlı hörməti və gələcəyə ümumi baxışı rəhbər tutaraq ardıcıl şəkildə həmrəydirlər".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər