00:00:00
Yazar
Admin User
08.11.2025 17:38 148 1 dəq oxuma
Dünya

Gürcüstan hökuməti hərtərəfli onillik inkişaf strategiyası hazırlayır

Gürcüstan hökuməti hərtərəfli onillik inkişaf strategiyası hazırlayır

“Gürcüstan hökuməti ölkənin hərtərəfli onillik inkişaf strategiyasını hazırlayır. Bu sənəd Gürcüstanın inkişafı üçün yüksəkkeyfiyyətli bələdçi olacaq”.

 

"İnformator.az" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze CCTV-nin “Liderlərin söhbəti” proqramında onillik inkişaf strategiyası ilə bağlı suala cavabında bildirib.

 

“Strateji planlaşdırma ölkənin ardıcıl inkişafının təmin edilməsi üçün həqiqətən vacibdir və buna görə də biz bütün diqqətimizi yüksəkkeyfiyyətli sənədin hazırlanmasına yönəltmişik”, - deyə Baş nazir bildirib.

 

Onun sözlərinə görə, iqtisadi inkişaf ölkə üçün əsas prioritetdir. “Biz təhsil sistemində islahatlara da yönəlmişik. Bura sosial sahələr və sosial islahatlar da daxildir. Strateji planlaşdırma həqiqətən də dövlətin ardıcıl inkişafını təmin etmək üçün vacibdir. Yüksəkkeyfiyyətli sənəd Gürcüstanın tranzit ölkə kimi strateji rolunun gücləndirilməsinin əsas prioritetlərindən və iqtisadi baxışının mühüm istiqamətlərindən biridir”, - deyə Kobaxidze vurğulayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər