00:00:00
Yazar
Admin User
11.11.2025 13:20 139 1 dəq oxuma
Dünya

Gürcüstan Hava Naviqasiya Xidməti: Türkiyə təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib

Gürcüstan Hava Naviqasiya Xidməti: Türkiyə təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib

Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Hava Naviqasiya Xidməti yayıb.

 

Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. "Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin "C-130" təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb", – məlumatda qeyd olunur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər