00:00:00
Yazar
Admin User
26.10.2025 12:42 140 1 dəq oxuma
Dünya

Gürcüstanda son üç gündə saxlanılan etirazçıların sayı açıqlanıb

Gürcüstanda son üç gündə saxlanılan etirazçıların sayı açıqlanıb

Son üç gündə Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları 60 etirazçını saxlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti xəbər verib.

 

"Son üç gündə Daxili İşlər Nazirliyinin əməkdaşları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 60 etirazçını toplantı və nümayişlərin keçirilməsi qaydalarını pozduqlarına görə saxlayıblar", - açıqlamada bildirilir.

 

Patrul polisi dəfələrlə etirazçıları qanunsuz hərəkətlərdən çəkinməyə çağırsa da, nümayişçilər yenidən yolu bağlayaraq nəqliyyatın hərəkətini pozublar.

 

Daxili İşlər Nazirliyi bir daha etirazçıları qanunsuz hərəkətlərdən çəkinməyə çağırıb, bildirilib ki, onlar əks təqdirdə qanuni məsuliyyətə cəlb olunacaqlar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər