“Gürcüstanın müdafiə siyasəti milli və dövlətçilik maraqlarına əsaslanır”
"Gürcistanda baş verən proseslərdən açıq aydın görünür ki, Gürcistan üzərindən aparılan mübarizə, yəni Avropa qərb dairələrinin və Rusiyanın Gürcüstan üzərindəki mövqeyini qoruyub saxlamaq istiqamətindəki gərginlik yenə də özünün yeni müstəvisinə qədəm qoyubdur. Ölkədə baş verən siyasi proseslər, etiraz aksiyaları və kütləvi narazılıqlar hakimiyyətə qarşı təzyiqlərin davam etdiyini göstərir",-deyə Papuaşvili
Mövzu ilə bağlı politoloq Sahil Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Gürcüstanın müdafiə siyasəti milli və dövlətçilik maraqlarına əsaslanır:
“Gürcüstanın hazırkı hakimiyyəti və hüquq-mühafizə orqanları tezliklə sabitliyin qorunmasına və bərpa olunmasına nail olacaq. Xarici təhdidlər fonunda baş verən gərginliklər qarşıdakı dövrlərdə aradan qaldırılacaq. Əlbəttə, əvvəlki hadisələrə baxmayaraq, hakimiyyət milli və dövlətçilik maraqlarına xidmət edən siyasət yürüdür, ölkədə sabitliyi qorumağa və gərginliyi azaltmağa çalışır. Hakimiyyətin son dövrlərdə yürüdüyü siyasətlə barışmayan xarici dairələr müxtəlif planlara əl atır. Bu gün Gürcüstanda polis ilə etirazçılar arasında qarşıdurmalar, etiraz aksiyası iştirakçılarının müəyyən hüquqlarının pozulması, xarici təhdidlərin göstəricisi kimi qiymətləndirilir. Gürcüstanda baş verən proseslər həm də ölkənin strateji mövqeyinə təsir göstərir. Avropa və Rusiya maraqlarının toqquşduğu bu regionda sabitlik, müdafiə tədbirlərinin vaxtında görülməsi və qarşılıqlı dəstək, ölkənin milli təhlükəsizliyi üçün vacibdir. Papuaşvilinin açıqlaması göstərir ki, Gürcüstan xarici təhdidlərə qarşı elastik və qarşılıqlı dəstəkli əməkdaşlıq sistemi qurmaq niyyətindədir. Dövlət qurumları və hüquq-mühafizə orqanları ölkədə sabitliyin qorunması və siyasi proseslərin idarə olunması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Gürcüstan yalnız hərbi tədbirlərlə deyil, həm də siyasi və diplomatik sahədə mövqeyini gücləndirməklə xarici təhdidlərin qarşısını almağa çalışır. Ölkəmizin milli təhlükəsizliyi, strateji mövqeyi və suverenliyi hər birimiz üçün prioritetdir. Xarici müdaxilələrə qarşı tədbirlər planlı və sistemli şəkildə həyata keçiriləcək".
Həmçinin şərhçi qeyd edib ki, Gürcüstanın hazırkı hakimiyyəti və hüquq-mühafizə orqanları bütün imkanlardan istifadə edərək sabitliyi qoruyur və qarşıdakı dövrlərdə siyasi gərginliyin tam aradan qaldırılmasını təmin edəcək:
“Xarici təhdidlər fonunda baş verən hadisələr, etiraz aksiyaları və qarşıdurmalar, ölkənin müdafiə siyasətinin strateji əhəmiyyətini göstərir və bu siyasətin davamlı tətbiqi milli maraqların qorunmasına xidmət edir. Papuaşvilinin açıqlaması həm ölkənin regional siyasətindəki mövqeyini gücləndirmək, həm də Gürcüstanın suverenliyinə və təhlükəsizliyinə yönəlmiş mesajdır. Dövlət qurumlarının planlı fəaliyyətləri, qanunvericilik və hüquq-mühafizə tədbirləri Gürcüstanın müdafiə siyasətinin effektivliyini artırır, həmçinin ölkədə siyasi sabitliyin qorunmasına, sosial rifahın yüksəlməsinə və regional təhlükəsizliyin təmin olunmasına xidmət edir. Hazırda Gürcistanda xarici və daxili təzyiqlər fonunda aparılan siyasət, hakimiyyətin strateji mövqeyi və müdafiə siyasəti bir daha göstərir ki, ölkə həm daxildə, həm də regionda sabitliyi qorumaq üçün bütün tədbirləri həyata keçirir. Gürcüstanın müdafiə siyasətinin ciddi xarakter daşıdığını və ölkənin suverenliyini qorumaq üçün atılan addımların planlı və sistemli olduğunu bir daha təsdiqləyir”.
Ayşə Müzəfərli
