00:00:00
Yazar
Admin User
13.09.2023 14:41 357 2 dəq oxuma
Dünya

G20 sammiti ərəfəsində insident

G20 sammiti ərəfəsində insident

Nyu-Delhidəki hotelin təhlükəsizlik xidməti keçən həftə G20 sammitində iştirak edən Çin nümayəndələrində “şübhəli avadanlıq” aşkar edib. Hadisə yerində olan təhlükəsizlik xidməti əməkdaşları avadanlığın qorunan rabitə kanallarını ələ keçirmək üçün istifadə edilə biləcəyini bildiriblər. 


İnsident sentyabrın 7-də Çin nümayəndə heyətinin sentyabrın 9-10-da keçiriləcək G20 sammitində iştirak etmək üçün qaldığı “Taj Palace” hotelində baş verib. Sammitin qonaqlarından biri hotelə “qeyri-adi ölçülərdə çanta” ilə gəlib. Təhlükəsizlik xidməti diplomatik protokola uyğun olaraq onu içəri buraxıb. Daha sonra hotel işçisi nümayəndə heyətinin otağında iki çantanın içərisində şübhəli avadanlıq görüb. Bunun ardınca təhlükəsizlik işçiləri Çin rəsmilərindən çantaları skanerdən keçirilməsinə icazə vermələrini istəyiblər, amma onlar bundan imtina ediblər.

Çin rəsmilərinin bu addımları isə yaranan şübhələrin artmasına səbəb olub. Hətta təhlükəsizlik işçiləri çantaları yoxlamaq üçün təxminən 12 saat otağın qapısının ağzında dayanıblar, lakin Çin nümayəndələri çantalarını verməkdən imtina ediblər. Uzun danışıqlardan sonra Çin nümayəndə heyəti çantaları səfirliklərinə aparıb. Bundan sonra Pekindən gələn heyətin digər üzvləri hotelə gələrək çantaların skanerdən keçirilməsinə icazə veriblər. Lakin mühafizə orqanları çantaların içində nə olduğunu müəyyən edə bilməyiblər. Bununla belə, bir çox yüksək rütbəli şəxs  çantalarda qorunan rabitə kanallarını ələ keçirmək üçün xüsusi avadanlıqların olduğunu düşünürlər. Hətta hadisələr cərəyan etmədən Çinli nümayəndələrin oteldən xüsusi internet bağlantısı istəməsi də bu kimi iddiaları gücləndirir. 

Çinin gətirdiyi çantaların tərkibinə dair deyilənlər sadəcə iddiadan ibarət olsa da, Pekinin belə bir addım atması təsadüfi sayılmır. Çünki hazırda Birləşmiş Ştatlar və Aİ Çinin "Bir Kəmər,Bir Yol" layihəsinə qarşı "Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Layihəsi"-nin üzərində ciddi iş aparır. Digər tərəfdən Hindistan öz gücünü artıraraq Çinin qlobal nüfuzunu keçməyə çalışır. Bunları nəzərə aldıqda, Çinin belə bir yolla G20 sammitində bəzi kiber hücumlar etmə cəhdi  anlaşılandır. 

 

Cavid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər