G7 liderləri İsraili Rafah hücumundan əl çəkməyə çağırıb
Yeddilik Qrupu (Böyük Yeddilik) ölkələrinin liderləri birgə bəyanatda İsraili Rəfaha tammiqyaslı hücumdan əl çəkməyə çağırıblar. "İnformator.az" bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“Biz İsrail hökumətini beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq belə bir hücumdan çəkinməyə çağırırıq”, - kommünikedə deyilir.
G7 vurğuladı ki, Rəfaha hücum “mülki əhali üçün daha ağır nəticələrə səbəb ola bilər”.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ştatların Qəzza zolağında atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsinin yerinə yetirilməsi üçün İsrailə təzyiq göstərməyə çağırıb .
