00:00:00
Yazar
Admin User
01.09.2025 19:32 155 4 dəq oxuma
Sosial

Gender balanssızlığı gənclərin evliliyinə mane olur

Gender balanssızlığı gənclərin evliliyinə mane olur

Dövrün vacib dəyərlərindən biri də gender bərabərliyidir.
Gender bərabərliyi qadın və kişinin təhsildə, işdə, cəmiyyətdə və ailədə eyni hüquqlara malik olmasını ifadə edir


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, nə vaxt ki, gender bərabərliyi, qadın azadlığı adı altında cəfəngiyyatları cəmiyyətə yeritdilər ondan sonrakı vəziyyət...


"Bəli çox ,təəssüf ki, Azərbaycanda ciddi gender bərabərsizliyi var. Gender balansı ciddi şəkildə pozulur. Qadınların xeyirinə və kişilərin zərərinə.


Bütün sahələrdə son dövürlərdə yalnız qadınlar irəli çəkilir, işə qəbul olunur, hər cür şərait yaradılır. Kişilər isə kütləvi şəkildə işsiz qalır. Siz sadecə baxsaz vakansiya saytlarına, səyfələrinə, elanlarına minimum 95% qadın işçisi tələb olunur. Qalan 5% kişi işçi tələbi də yalnız daş daşımaq, divar hörmək bu kimi işlərdir. Çox ağır fiziki, təhlükəli işlərdir. Bu baxımdan Azərbaycanda kişilərin artıq çox hissəsi işsiz qalır. Çünki qadınlar əmək bazarının böyük hissəsini tutur. Məsələn təhsildə, səhiyyədə, mədəniyyət sahələrində, ictimai sahələrində, ticarət, turizim sahələrində vəs. qadınlar 80-90 %iş yerlərini götürüblər. Bu isə çox ciddi demoqrafik sosial problem yardır. Çünki ailələrdə sistem pozulur.


Ailənin başçısı olan kişi işsiz qalır , pul qazana bilmir, ailəsini dolandıra bilmir. Qadının da müəyyən ailə öhdəlikləri var. Uşaqlara baxmalıdır. Onun üçündə iş çətindi. Maaş da azdır. Və ailəni tam təmin edə bilmir. Beləliklə ailələrdə ciddi problem yaranır.


O cümlədən hazırda gənclər evlənmək istəmir. Çünki gənc oğlanlar iş tapa bilmir. Bu baxımdan evliliklərin sayı da 40% azalıb. Qızlar isə iş tapa bilir. Qızlara istisnasız olaraq milyonlarla iş təklifi var.Bütün sahələrdə. Oğlanlar üçün isə bu mümkün deyil. Buna görə kütləvi şəkildə gənc oğlanlar ölkəni tərk edir. Xarici ölkələrə gedir işləmək üçün. Belə bir gender balanssızlığı, gender problemi var Azərbaycanda. Çox ciddi şəkildə bunun qarşısı alınmalıdır.


Normal məntiqlə, ədalətlə, sosial hüquqnan, psixologiyanan baxdıqda bütün kişilər ilk növbədə işlə təmin olmalıdır. Yüzdə yüzüdə. Geridə qalan sahələrə qadınlar götürülməlidir. Şərti misalda desək tutaq ki, ortda 100 qadın və 100 kişi var. 200 nəfər var amma 150 iş yeri var. Mütləq şəkildə 100 kişi işlə təmin olunmalıdır. Yerdə qalan 50 iş yerinə isə qalan 100 qadından 50-si götürülməlidir.


Birinci növbədə ailənin məsuliyyəti kişinin boynundadır. Bütün tarix boyu ele olub , bütün dünyadada beledir. Bu gün də belədir. Ona görə mütləq şəkildə bu məsələlərdə yanaşma belə olmalıdır.
Qaldı ki, gender bərabərliyinə bu tamamilə cəfəngiyyat bir şeydir. Bu milli-mənəvi dəyərləri, ailə stilini sarsıdıb məhv eləmək üçün ortaya atılmış bir qorxunc plandır. Gender bərabərliyi adında bir şey yoxdur, olada bilməz. Çünki qadınla kişi heç bir sahədə bərabər ola bilməz.Nə psixoloji olaraq,nə fiziki olaraq,nə intellektual olaraq ,nə də sosial olaraq.Heç bir sahədə eyni ola bilməzlər. Tamamilə ferqli varlıqlardır. Bəzilərində qadınlar üstün ola bilər bəzilərində kişilər amma bərabər ola bilməzlər.


Beləliklə gender proqramı uydurulmuş cəfəngiyyatdır. Sadecə insan hüquqları baxımından yanaşma eyni olmalıdır. İnsanlarım hüquqları eynidir cinsindən asılı olmayaraq. Amma həyat tərzi, məişət, iş məsələləri, ailə öhdəlikləri fərqlidir. Psixologiyalar fərqlidir , fiziki, bioloji sistem fərqlidir.
Bu kimi uydurma ideyalar ortaya atılandan sonra Azərbaycanda çox ciddi problem yarandı. Azərbaycanda heç vaxt gender problemi olmamışdır.Sovet dövründə qadınlar ictimai işlərdə də işləyirdilər , siyasi həyatda da var idilər, vəzifələrdə də işləyirdirlər. Bütün humanitar sahələrdə də çox idilər. Heç bir problem yaranmırdı.
İndi elə bir vəziyyət yaranıb ki, kütləvi şəkildə yalnız qadınlar işə götürülür. Hətta hüquq mühfizə orqanları da belə. Hərbiləşdirilmiş strukturlarda belə kişilərin işləməli olduğu sahələrdə belə artıq qadınlar bütün əmək bazarını götürüblər.


Bu, Azərbaycanın ailə sistemini dağıdır.Bütün sosial münasibətlər sistemini məhv edir. Dəyərlərimizi çökdürür, ailərdə problemlər yaradır.


Dövlət səviyyəsində bu məsələyə qarışılmalıdır artıq. Aydınlaşdırlmalıdır ki, kişilərin hüququ pozulur.Məsələn şirkətlər, müxtəlif idarələr niyə məhz işə qadın tələb edir.


95 % elanlarda yazılır ki, xanımlar iş götürülür. Bu artıq qorxunc və xain plandır. Azərbaycan xalqına mənəvi dəyərlərinə qarşı, mədəniyyətinə qarşı, psixologiyasına qarşı yad dəyərlərin yeridilməsi deməkdir. Bunun da nəticəsini bu gün görürük.


Ailə instututumuz darmadağındır. Münasibətlər pozulub, ailə münaqişələri baş verir. Ailələrdə sosial, maddi problemlər, müxtəlif balansızlıqlar var. Bunlar hamısı bir-biri ilə əlaqəlidir.


Bu baxımdan sağlam yanaşma əvvəlki kimi idi. Yəni 30-40 il əvvələ kimi Azərbaycanda çox düzgün tənzimlənmişdir bu məsələlər. Kişinim kişi yeri var idi qadının isə qadın yeri var idi. Amma hər kəsin normal insani hüquqları var idi o zaman. Hər kəs ictimai işlərdə də işləyirdi, sosial həyatda da iştirak edirdi. Heç problem yaranmırdı. Boşanma bu qədər çox deyildi , nə də başqa problemlər.


Nə vaxt ki, gender bərabərliyi, qadın azadlığı adı altında cəfəngiyyatları cəmiyyətə yeritdilər ondan sonraki vəziyyət ortada məlumdur. Bütün göstəricilərdə faciədir".


Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər