00:00:00
Yazar
Hüseynova Mələk
14.06.2026 18:42 19 1 dəq oxuma
İdman

“Gimnastika hamı üçün” festivalı başa çatıb 

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Fəvvarələr meydanında “Gimnastika hamı üçün” 4-cü Bakı Beynəlxalq “Challenge” festivalı başa çatıb.

“İnformator.az” xəbər verir ki, iki gün davam edən festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və Litvadan gələn komandalar da iştirak ediblər. Ümumilikdə, tədbirdə 900-ə yaxın iştirakçı və 60 komanda yer alıb. Azərbaycanı yalnız paytaxt komandaları deyil, ölkənin müxtəlif bölgələrindən gələn iştirakçılar da təmsil ediblər.

 

Festival çərçivəsində Syerra Leone və Uqanda komandaları da çıxışlarını videoformatda təqdim edib.

 

İştirakçılar iki yaş kateqoriyası- 50 yaşdan aşağı və 50 yaşdan yuxarı proqramlar üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Turnirin sonuncu günündə qala şou keçirilib və təşkilatçılar iştirakçıları müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

#Festival #Gimnastika #mükafat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər