00:00:00
Yazar
Admin User
15.09.2025 15:05 143 3 dəq oxuma
Sosial

Gələcək nəsillər üçün yaşıl töhfə

Gələcək nəsillər üçün yaşıl töhfə

Azərbaycanda gənclər arasında ətraf mühitin qorunmasına maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. Məktəb və universitet tələbələri ekoloji layihələr də iştirak edərək yalnız təbiətə töhfə vermirlər, eyni zaman da şəxsi bacarıqlarını və məsuliyyət hisslərini inkişaf etdirirlər.

Ekspertlər bildirirlər ki, gənclərin ekoloji fəaliyyətlər də iştirakı onların təbiətə münasibətini dəyişir, məsuliyyət və sosial şüur hissini gücləndirir. Tullantıların azaldılması, ağacəkmə aksiyaları və təkrar emal layihələrin də iştirak edən gənclər həmyaşıdlarına nümunə olur və gündəlik həyatların da daha ekoloji davranışlar göstərirlər.
Müxtəlif müəssisələri və yerli icmalar gənclərin ekoloji təşəbbüslərini dəstəkləmək üçün müxtəlif proqramlar həyata keçirir.


Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov "İnformator.az"a müsahibə verib.


Gənclərin ekoloji fəaliyyətləri gələcək nəsillərə hansı töhfəni verir?


"Əvvəla onu deyim ki, ekoloji təhsil insan həyatının hər bir dövrünü əhatə etməlidir. Xüsusilə bura da məktəbin rolunu qeyd etmək lazımdır. Hava, su, torpaq, bitki və onların qarşıqlı əlaqəsi haqqın da mövzular daha çox olmalıdır. Əvvəl insan bütün bunları dərk etməlidir və sonra nəyə görə onları qorumağın vacibliyinə özü gəlib çıxmalıdır. Yəni, orta məktəbdən ətraf mühitin çirklənməsi haqqın da çox geniş biliklər verilməlidir, ekoloji biliklər öyrədilməlidir. Əlbəttə ki, bizim cəmiyyət elədir ki, bizim insanların çoxu ekoloji təhsilə malik deyillər və yaxud bunu məktəb də ala bilməyiblər.
Bunlar üçün digər, məktəbdən kənar təhsili də gücləndirmək olar, yəni tədbirlər keçirilməlidir. Məktəbdən kənar təhsil olaraq tez-tez ictimai mühazirələr təşkil olunmalıdır. Bu, vacib bir mərhələdir. Tədbirlər vasitəsilə ağacəkmə aksiyaları, təmizləmi aksiyaları, gənclərin vətəndaş cəmiyyətinə aid olan qruplaşmaları, yəni qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinin gücləndirilməsi, regional, yerli və milli təşkilatlarının daha da mütəşəkkil edilməsi və bu istiqamət də fəaliyyətlərinin gücləndirilməsi və.s yəni, çoxsaylı fəaliyyətlər var ki, bütün bunları təşkil etmək olar. Bu, bizim gənclərin ekoloji savadına töhfə verə biləcəkdir".


Şəhərlər də ekoloji problemlərin həlli üçün dövlət və icmalar hansı addımları atmalıdır?


"Əlbəttə ki, şəhər yerlərin də xüsusi dizayna fikir vermək lazımdır. Məsələn, biz də şəhərlər də elə yerlər var ki, ora da piyadalar çox çətinliklə hərəkət edirlər. Düzdür, şəhər mərkəzi yaxşıdır, amma kənarlar da xüsusilə neftçilər, əhmədli istiqamətin də yaşıllığlarımız azdır,səkilər olduğu qədər deyil.
Yəni, bu istiqamət də fəaliyyətlər gücləndirilməlidir və gənclər bu fəaliyyətlərə təşviq edilməlidir.
Məhz bu fəaliyyətlər nəticəsin də həm ətraf mühitin çirklənməsi dayanar, həm savadlılıq artar, həm də tədricən, biz istəyimizə nail ola bilərik. İctimai nəqliyyat çox gücləndirilməlidir, avtomobillərin azaldılması üçün nələrsə düşünmək lazımdır. Bu qədər avtomobil hərəkət edən şəhər həm çikli olur, həm də ora da həyat çox çətinləşir. İnsanlar yollar da çox vaxt itirir. Avtobus xətlərini çox gücləndirmək lazımdır. Avtobus xətlərinə girən sürücülər üçün cəzalar artırılmalıdır. Bura da bizim gənclər bu kimi fəaliyyətlərə öz təsirini göstərə bilər".


Gənclərin ətraf mühit mövzusun da maarifləndirilməsi üçün hansı təşəbbüslər daha effektivdir?


"Televiziya da, sosial şəbəkələr də ekoloji təhsil gücləndirilməlidir, elmə yönəlik fəaliyyətlər gücləndirilməlidir, şüuraltı mesajlar verilməlidir.
Məsələn, mən öz profilim də həmişə şüuraltı mesajlar verirəm ki, insanların elmə, təhsilə, ətraf mühitə marağı artsın. Bu istiqamət də bizim yaşlı nəslin, xüsusilə məktəb müəllimlərimizin, alimlərimizin üzərinə böyük vəzifələr düşür".


Arzu İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər