Gələn həftə Azərbaycan və Türkiyə arasında siyasi məsləhətləşmələr keçiriləcək
Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycana səfər edəcək.
Bildirilib ki, səfər çərçivəsində oktyabrın 27-28-də Bakıda Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Mövzu ilə bağlı politoliq Əziz Əlibəyli açıqlamasında bildirib ki:
“Türkiyə Azərbaycanla hazırda müzakirə etdiyi məsələlərin predmeti təhlükəsizliklə bağlıdır. Çünki bölgədəki həssas siyasi, o cümlədən, iqtisadi durum və hətta ideoloji durum bu əməkdaşlığa məcbur edir. Bölgədə aktyorlar var və bu prinsipdən Azərbaycan, Türkiyə hərbi əməkdaşlığı bölgədəki dinamikanın əsasını təşkil edir və ona görə həm Azərbaycan, Türkiyə arasındakı bu hərbi təhlükəsizlik məsələsi dayanır. İqtisadi deməli, dividendlərin əldə olunmasına əməkdaşlığa bunun da kökündə dayanır. Əlbəttə ki, postmüharibə dönəmindən sonra özsüz Azərbaycan, Ermənistan, Türkiyə, Ermənistan münasibətlərin bərpasına, sərhədlərin açılmasına, ticarətin reallaşdırılmasına, yəni artıq ilkin addımlar da oldu”.
Əlavə olaraq politoloq Fuad Abbasov mövzu haqqında fikirlərini bildirib:
“Bu görüşlər 44 günlük Vətən müharibəsinin 5-ci ildönümünə təsadüf edir və yubiley xarakteri daşıyır. Xatırladaq ki, müharibədən sonra keçirilmiş ilk hərbi paradda Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Erdoğan birlikdə iştirak etmiş, bu isə regiona və xüsusilə də Rusiyaya güclü siyasi mesaj olmuşdur.
Müharibədən sonra regionda geopolitik reallıqlar yaranıb. Və bu reallıqların başında Ankara və Bakı yer almaqdadır. Və Xarici İşlər Nazirlərinin görüşməsinin başlıca səbəbi həm Rusiya ilə bağlı yaranmış yeni geopolitik reallıqlar, həm İran ilə bağlı yeni reallıqlar eləcə də Azərbaycan və Türkiyənin yeni stratejik əməkdaşlığı müzakirə ediləcəyini düşünürəm. Ümumiyyətlə müzakirə ediləcək çox müxtəlif məqamlar var. Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələri olsun, Gürcüstan üzərindən bir çox boru xətləri olsun, logistika xətləri, nəqliyyat xətləri keçir və bunların hamısı Azərbaycan Türkiyə bağlarının hələki yeganə yoludur. Hərbi cəhətdən əməkdaşlıq əlbətdəki davam edə bilər, digər tərəfdən bölgəsəl diplomatiya-İran faktoru və informasiya politikası nəzərə alınacaq, çünki Azərbaycana qarşı Türkiyə mətbuatında xüsusilədə müxalif mətbuatda müxtəlif xoşagəlməz ifadələr meydana gəlmişdi. Və əlbətdəki, bunlarıda həll etmək lazımdır. Amma mənim şəxsən diqqətimi çəkən bir məqam var ki , Bakıda noyabrın əvvəlində keçiriləcək NATO-ya üzv dövlətlərin nümayəndələrinin görüşməsidir. Bu görüşmə çox ciddi bir görüşmədir, çünki burada Azərbaycan öz ərazisində belə bir görüşmə keçirərək regiona, xüsusilə Rusiya və İranda daxildir, bir mesaj göndərir ki, “ Baxın mən NATO-ya yaxınam. NATO ölkələrinin nümayəndələri Bakıya gəlirlər, on beş ölkənin səfiri Bakıya gəlməklə Azərbaycan Rusiya və İrana bir meydan oxuyur və bu meydan oxumada Türkiyə birinci növbədə Azərbaycanın yanındadır, çünki Türkiyə NATO-nun ikinci güclü dövlətidir. Mənə elə gəlir ki, Xarici İşlər Nazirlərinin görüşməsində bu məqama diqqət edikəcək və NATO görüşməsinə hazırlıq olaraq müəyyən məsələlər müzakirə ediləcək”.
Aydan Əsgərxanlı
