00:00:00
Yazar
Admin User
15.09.2023 15:08 383 2 dəq oxuma
Dünya

Gələn il ABŞ-da terror hücumlarının artacağı proqnozlaşdırılır

Gələn il ABŞ-da terror hücumlarının artacağı proqnozlaşdırılır

   Amerika Birləşmiş Ştatlarında 2024-cü ildə terror hücumlarının arta biləcəyini proqnozlaşdırır. Bunun üçün isə bir çox səbəblər mövcuddur. Hətta məsələ ilə bağlı ölkədə müəyyən tədbirlər də həyata keçirir.

   Görülən tədbirlər narahatlığa səbəb olan terror təhlükələrinə qarşı nə dərəcədə yetərli olması isə sual altındadır. Çünki ekspertlər yalnız Birləşmiş Ştatların deyil, bir çox ölkələrin bu təhlükə ilə üzləşmə ehtimalının olduğunu deyir.

  Birləşmiş Ştatlarda terrorla üz-üzə qalacaqlarından narahatlıq duyurlar. Araşdırmalar və proqnozlara görə 2024-cü ildə ölkədə terror təhlükəsi yüksək səviyyəyə qalxacaq. Mütəxəssislər bildirirlər ki, ABŞ üçün təhlükə törədə biləcək əsas terror qrupları Əl-Qaidə və İŞİD kimi beynəlxalq terror qruplarıdır. ABŞ Daxili Təhlükəsizlik Departamenti də artıq xəbərdarlıqlara start verib. Hətta xəbərdarlıqlarda gözlənilən hücumların hansı formada ola biləcəyi ilə bağlı ehtimallar da öz əksini tapıb. Hücumların ilk növbədə cinayətkarların tək və ya kiçik qruplarla edəcəyi proqnozlaşdırılır. Amerikalı ekspertlər zorakılıq və terror təhlükələrinin artmasını bir müddətdir zəifləyən xarici radikal qrupların öz əvvəlki təsirlərini artıq bərpa etmək istəyi ilə əlaqələndirirlər. Həmçinin bunu Birləşmiş Ştatlarda 2024-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkilərinə yönələn addım hesab edənlər də var.

   Məqsədlər fərqli olsa da terrorların mahiyyəti dəyişmir. Onlar ictimaiyyəti qorxudub, siyasi elitaya təzyiq göstərib, müəyyən qüvvələrin siyasi maraqlarını təmin etməyə çalışırlar. Hazırda isə terrorların əsas hədəfinin Orta Şərq və Aralıq dənizi hövzəsində müəyyən dairələrin maraqlarına yönəldiyi bildirilir. Terror qruplarının maliyyələşməsində bəzi mərkəzlərin rolu da kifayət qədərdir. Bunları nəzərə alan mütəxəssislər 2024-cü ildə terror təhlükəsinin yalnız Birləşmiş Ştatlarla məhdudlaşmayacağını, bir çox ölkələrin də bu faciə ilə üz-üzə qalacağının proqnozunu verirlər. Hətta terror təhlükəsi ilə bağlı xəbərdarlıq edən Birləşmiş Ştatların məhz özünün belə başqa ölkələrdəki terrorlara müəyyən gizli yardımlar göstərdiyini düşünənlər də var. 

   Bunun qarşısını almaq üçün isə mühüm tədbirlərin görülməsi vacibdir. İlk növbədə isə terrorla mübarizə qrupları daha da gücləndirilməlidir. 

 Fidan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər