00:00:00
Yazar
Admin User
19.09.2025 11:36 126 1 dəq oxuma
Sosial

Gələn il pensiyalar nə qədər artacaq?

Gələn il pensiyalar nə qədər artacaq?

Pensiyalarda artım gözlənilir. Dəqiq rəqəm dekabr ayının sonu bilinəcək. Ay bitəndən sonra həmin statistika 40 gün sonra təqdim olunur. Bu baxımdan fevralın əvvəli faizləri daha dəqiq bilirik.

 

"İnformator.az" xəbər verir ki, bunu Unikal-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O bildirib ki, hazırda 7 aylıq əməkhaqqı artımı 9,5 faizdir. Onun sözlərinə görə, Əgər bu rəqəmlər aşağı düşməsə, gələn il pensiyalar 9,5 faiz indeksasiya ediləcək:


"Bir daha qeyd etmək istərdim ki, dəqiq rəqəm gələn ilin fevral ayında bilinəcək. Bu rəqəm artıb-azala bilər. Ümumilikdı, pensiyalarda artım olacaq".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər