00:00:00
Yazar
Admin User
02.09.2025 16:10 115 2 dəq oxuma
Sosial

Gəmilərin qəbulunda çətinləmə müşahidə olunur

Gəmilərin qəbulunda çətinləmə müşahidə olunur

Xəzər dənizində suyun azalması səbəbindən limanlara gəmilərin qəbulu çətinləşib. Bunu Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan 2025"in bağlanış mərasimində deyib.

 

"Proqnozlara görə, bu proses hələ davam edəcək. Bu səbəbdən limanlar da dayazlaşıb və gəmilərin qəbul olunması, yüklərin boşaldılması və s. məsələlərdə problemlər yaşanıb. Bununla yanaşı, su səviyyəsinin azalması biomüxtəlifliyə, müxtəlif canlıların məhv olmasına, adaların yaranmasına da səbəb olub. Eyni zamanda, hazırda dənizdə aparılan neft-qaz əməliyyatları da risk altındadır. Bu proses davam etməkdədir. Xüsusilə də Böyük Qafqazda ciddi ərimə prosesi gedib. Bunlar birbaşa Xəzər dənizinə də təsir edən proseslərdir".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, Xəzər dənizində dayazlaşma naviqasiyaya və limanlara təsir edib:

 

"Xəzərin dünya okeanına çıxışı yoxdur. Dünya okeanına biz Rostov-Don kanalı vasitəsilə çıxış edirik. Ukraynanın Rusiyanın işğalından sonra dayazlaşma daha da açıq şəkildə hiss olunub. Sadəcə biz həmin xətti istifadə etmədiyimizə görə bu məsələ bizi bir o qədər maraqlandırmır. Yaxın vaxtlarda Xəzər dənizinin səviyyəsinin qalması gözlənilib. Yağıntılar yağarsa, sudaşıyıcı çaylarda su artarsa, səviyyədə dəyişiklik yarana bilər. Xəzərin səviyyəsinin aşağı düşməsi Rusiya üçün də böyük itkidir. Gəmilərin qəbulu məsələsini hökumət nəzərə almalıdır. Dəniz mütəxəssisləri və ekoloqlar perspektiv plan hazırlaya bilərlər. Xüsusi Xəzər komissiyası yaradılmalıdır. Yeni limanlardan daha çox Ələt limanına üstünlük verilib. Xəzərin səviyyəsinin aşağı düşməsi fauna və floraya da ciddi təsir göstərib. Dənizin canlı aləmi məhv olub. Həm dəniz ekosisteminə, həm də dənizkənarı ekosistemə ciddi təsir göstərilib".

 

Aygün Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər