00:00:00
Yazar
Admin User
04.05.2015 08:26 737 1 dəq oxuma
Hadisə

Gəncədə oğurlanan pullar küçəyə dağılıb

Avtomobildə olan 600 manat, danışıq kartları, tütün məmulatı və məişət əşyaları ətrafa dağılıb.
Gəncədə oğurlanan pullar küçəyə dağılıb

Mayın 3-də saat 06.00 radələrində Gəncə şəhərində şəhər sakini Hakim Mehdiyev idarə etdiyi “VAZ-21154” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişini, həmyerlisi Məhəmməd Əzizov hadisə yerində ölüb. Avtomobildə olan 600 manat, danışıq kartları, tütün məmulatı və məişət əşyaları ətrafa dağılıb.

Araşdırmalar zamanı qeyd edilən pul və digər əşyaların mayın 3-nə keçən gecə H.Mehdiyev və M.Əzizov tərəfindən Göygöl rayonunun Üçtəpə kəndində kənd sakini Bahar Abbasovaya məxsus mağazadan oğurlanması müəyyən edilib.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər