Gənclər niyə intihar edir?
Dünyada son zamanlar intihar mövzusu aktualdır. İntiharla bağlı bütün məlumatları gündəlik həyatımızda televiziya verilişləri, jurnal və qəzetlərdən də əldə edə bilərik.
İnformator.az saytının növbəti qonağı ailə və uşaq psixoloqu Aynur İsmayılovadır. O, intihar səbəbləri haqqında məsələyə fikirlərini bildirib.
Müsahibimiz Aynur xanım qeyd edir ki, intihar insanların asanlıqla , hətta 1-2 həftə içərisində birdən-birə qərar verə biləcəkləri davranış deyil.
“Təbii ki intihara cəhd və intihar fərqli sindiromlardır. İntihar insanların son qərar verəcəyi bir seçimdir.İntihardan əvvəl bu insanların davranışında hiss olunur. İnsanların əksəriyyəti bunu depressiyadan, çarəsizlikdən, borcdan və yaxud özünün başın gələn bədbəxt hadisədən biabr olmaq qorxusu ilə edir. İnsanlar son vaxtlar daha çox depressiya səbəbi ilə davranış olaraq intihara meyl edirlər. Burada bir sindirom var ki, insan intihara cəhd etmədən əvvəl, özündə əlacsızlıq və depressiya kimi hallar müşahidə edir. İnsanlar intihara cəhd edirlər, amma sanki bu davranışı onlar yoxlanışdan keçirmək üçün edirlər. Ancaq insan intihar məsələsini bir həftə içərisində son yön olaraq qərar verə bilər.
Psixoloq düşünür ki, intihara cəhd edən insanların ən yaxını, onların davranışlarını içdən duya bilərlər.
“Dünyada intihar səbəblərindən ən önəmlisi də depressiyadır. Təbii ki, insanın illərlə və üst-üstə yığılmış gərginlikləri, depressiylar nəticəsində onu intihara sürükləyəcək. Yeniyətmələr arasında başadüşülməzlik, qəbul olunmamaq kimi anlayışlar onların intihar etməsinə səbəb olur”.
Tərlanə Abdullayeva
