Gənclərin incəsənətdə trendləri
Gənclərin dövrümüzdə incəsənət sahəsinə maraq və yanaşmaları dəyişib. Təbii ki, gənclərin özünü ifadə formasına bir neçə amil təsir göstərmişdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sənətşünas Ayna Moazzen bildirib ki, ənənəvi incəsənət qorunur və saxlanılır:
"Gənclər ilk olaraq Akademik incəsənətə üz tuturlar və bu çox normaldır. Buna səbəb bir çox faktorlar var. Onların başında ADRA (Azərbaycan dövlət rəssamlıq akademiyası) durur. Onlar incəsənət təhsili almaq istəyəndə önlərində ancaq İncəsənət Universiteti və ya Rəssamlıq akademiyası olur. Bu universitetlərdə təhsil almaq üçün də ancaq akademik və ya klassik sənət növləri ilə məşğul olmaq lazımdır. Bununla da gənc nəsil rəssamlıq, heykəltəraşlıq kimi sənət növləri ilə daha çox məşğul olmağa başlayırlar.
Trendlərə gəldikdə isə yenilik gətirirlərsə, bəli, bu orijinal sayılır.
Ənənəvi incəsənət qorunur və saxlanılır. Amma müasir platformalarda nə qədər yeri olduğu və nə dərəcədə dəyər gördüyü bir qədər şüphə altındadır.
Ənənə yeni dünya ilə özünü uyğunlaşdıranda bu balans daha gözəl görünür. Məsələn, Faiq Əhmədin ərsəyə gətirdiyi xalçalar ənənənin müasir dünya ilə birləşməsidir. Buna görə də, dünyada seçilir və unikallığını qoruyaraq Azərbaycan xalçalarını dünyaya tanıdır".
Samirə Allahverdizadə
