00:00:00
Yazar
Admin User
09.10.2025 17:45 86 1 dəq oxuma
Dünya

Goranboyda avtomobil aşıb: altı nəfər yaralanıb

Goranboyda avtomobil aşıb: altı nəfər yaralanıb

Goranboyda minik avtomobili aşıb, xəsarət alanlar var.


“İnformator.az”ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb.


"Hunday" markalı avtomobilin aşması nəticəsində 1989-cu il təvəllüdlü E. Şirinova, 1980-ci il təvəllüdlü S.Məmmədova, 1982-ci il təvəllüdlü L. Abdullayeva, 1978-ci il təvəllüdlü S. Məmmədova, 1981-ci il təvəllüdlü Y.Məmmədova, 1988-ci il təvəllüdlü A.Haqverdiyeva bədən xəsarətləri alıblar.


Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər