Grand Kartal otel yanğını davasında üçüncü məhkəmə iclası keçirilib
21 yanvarda 36-sı uşaq olmaqla 78 nəfərin həyatını itirdiyi, 133 nəfərin isə yaralandığı Grand Kartal otel yanğını ilə bağlı məhkəmə işinin üçüncü iclası keçirilir.
Bolu Sosial Elmlər Liseyinin idman zalında başlayan məhkəmə iclası öncəsi geniş təhlükəsizlik tədbirləri görülüb. İdman zalının ətrafındakı küçə və yollar nəqliyyat vasitələrinin hərəkətinə bağlanıb. Məhkəmə öncəsi jurnalistlərə açıqlama verən Bolu Vəkillər Kollegiyasının rəhbəri Sinan Barut bu gün əsas müdafiələrin tamamlanacağını bildirib. Barut həmçinin, istintaq icazəsi verilmiş nazirlik əməkdaşlarının bu işlə birləşdirilməsi istiqamətində də bir tələb olduğunu deyib. O bildirib: "Əgər işin genişləndirilməsi, istintaqın dərinləşdirilməsi tələbi qəbul olunmasa, bu gün olmasa da, növbəti məhkəmə iclaslarının ikinci və ya üçüncü günündə qərarın elan ediləcəyini düşünürük".
BBC NEWS
Səmayə Səftərova