00:00:00
Yazar
Nərmin Həşimova
22.06.2026 20:37 33 1 dəq oxuma
Siyasət

Hərbi komandanlıq bu danışıqların lehinədir- Pezeşkian

Hərbi komandanlıq bu danışıqların lehinədir- Pezeşkian

İranın hərbi komandanlığı isveçrədə ABŞ ilə aparılan danışıqların lehinədir.

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Pezeşkianın İran hərbi komandanlığının ABŞ ilə danışıqları dəstəklədiyini açıqlaması Tehranın xarici siyasətində daha praqmatik xəttin güclənə biləcəyini göstərir:


“Çünki İranda təhlükəsizlik strukturlarının mövqeyi xarici siyasət qərarlarında mühüm rol oynayır. Hərbi komandanlığın danışıqlara qarşı çıxmaması Pezeşkian hökumətinə manevr imkanı yaradır və Qərblə dialoq prosesini daxildə daha legitim göstərir. Bu həm də İranın hazırkı mərhələdə açıq qarşıdurmadan çox, diplomatik nəticə əldə etməyə üstünlük verdiyini göstərir. ABŞ və İran arasında aparılan danışıqlardan ilk növbədə gərginliyin azaldılması, nüvə proqramı ətrafında müəyyən razılaşmaların əldə olunması və sanksiyalar məsələsində yumşalma gözlənilir. Amma prosesin tez və tam nəticə verəcəyini demək çətindir, çünki tərəflər arasında etimad böhranı hələ də qalır. İran sanksiyaların yüngülləşdirilməsini istəyir, ABŞ isə nüvə fəaliyyətinə nəzarətin güclənməsini və regional risklərin azalmasını tələb edir. Ona görə də bu danışıqlar yekun sülhdən daha çox, mərhələli razılaşmaya və tərəflər arasında yeni siyasi kanalın açılmasına xidmət edə bilər”.


Nurgün Qənizadə

#İran #ABŞ #danışıqlar #Pezeşkian
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər