Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşüb
Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Əhməd əl-Misnadla görüşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün X hesabında məlumat verib.
“Bu gün Qətər əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Əhməd əl-Misnadla görüşdüm. İkitərəfli əlaqələri, eləcə də regional və beynəlxalq yenilikləri müzakirə etdik”, Hikmət Hacıyev qeyd edib.
