00:00:00
Yazar
Admin User
10.11.2025 17:54 113 2 dəq oxuma
Siyasət

Hakan Fidan ABŞ-yə də səfər edəcək

Hakan Fidan ABŞ-yə də səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 10-da Amerika Birləşmiş Ştatlarına rəsmi səfər edəcək.


Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ-yə səfəri Ankara-Vaşinqton münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər:


“Bu görüşdə əsas müzakirə mövzularının Yaxın Şərqdəki vəziyyət, İsrail-Fələstin münaqişəsi, Suriya və Ukrayna məsələsi, həmçinin NATO daxilində koordinasiya olduğu ehtimal edilir. Fidanın Vaşinqtonda aparacağı danışıqlar, xüsusilə ABŞ-nin bölgədəki mövqeyi ilə Türkiyənin müstəqil regional siyasəti arasındakı fərqlərin yumşaldılmasına yönələcək. Son illər Ankara bölgədə balanslaşdırıcı güc kimi çıxış edir: bir tərəfdən Qərblə, xüsusilə NATO ilə strateji əməkdaşlığı davam etdirir, digər tərəfdən isə Rusiya və İranla dialoqu qoruyur. ABŞ isə bu çoxvektorlu siyasəti bəzən öz maraqları ilə ziddiyyətli hesab edir, xüsusilə Türkiyənin Qəzza, Suriya və Cənubi Qafqaz istiqamətində sərbəst mövqeyi Vaşinqtonda narahatlıq doğurur. Hakan Fidanın səfəri bu baxımdan həm iki ölkə arasında strateji etimadın bərpası, həm də qarşılıqlı maraqların uzlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. NATO daxilində isə Türkiyənin mövqeyi son illərdə daha çox “milli prioritetlərə əsaslanan tərəfdaşlıq” modelinə çevrilib. Fidanın ABŞ səfəri bu prosesi daha şəffaf və koordinasiyalı hala gətirə bilər, xüsusilə də alyansın gələcək genişlənməsi və müdafiə strategiyalarında Türkiyənin rolunu gücləndirə bilər. Nəticə etibarilə, bu səfər Ankara üçün həm diplomatik, həm də təhlükəsizlik baxımından yeni fürsətlər yarada, NATO-nun gələcək istiqamətinə Türkiyə prizmindən töhfə verə bilər”.


Səaədt Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər