00:00:00
Yazar
Admin User
20.11.2025 13:57 111 1 dəq oxuma
Dünya

Hakan Fidan AK Partiyanın Marmara bölgəsi millət vəkilləri ilə görüşüb

Hakan Fidan AK Partiyanın Marmara bölgəsi millət vəkilləri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan, AK Partiyanın Xarici Əlaqələr İdarəsinin təşkilatçılığı ilə partiyanın baş qərargahında keçirilən Marmara bölgəsi millət vəkilləri ilə məsləhətləşmə toplantısında iştirak edib.

 

AK Partiya sədrinin müavini və Xarici Əlaqələr Başqanı Zafer Sırakaya, görüşlə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, toplantıda Marmara bölgəsi millət vəkilləri ilə Xarici İşlər Naziri Hakan Fidan bir araya gəlib. Zafer Sırakaya qeyd edib ki, bu görüşlər bölgə millət vəkillərinin iştirakı ilə davam edən məsləhətləşmə toplantıları çərçivəsində keçirilib və burada Türkiyənin diplomatik vizyonu ilə bağlı ətraflı təqdimatlar və müzakirələr aparılıb. O, həmçinin bildirib ki, toplantıda AK Partiyanın sədr müavini Əfqan Ala da iştirak edib və verdiyi qiymətli məlumatlara görə nazir Hakan Fidana, eləcə də bu vacib görüşə qatılan bütün partiya və yol yoldaşlarına təşəkkür edirlər.

 

TRT Haber 

Aysun Vəliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər