00:00:00
Yazar
Admin User
19.10.2025 16:13 119 1 dəq oxuma
Dünya

Hakan Fidan Lüksemburqda Aİ-nin ali nümayəndəsi ilə görüşüb

Hakan Fidan Lüksemburqda Aİ-nin ali nümayəndəsi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ilə görüşüb.


"İnformator.az" "TRT Haber"ə istinadən xəbər verir ki, görüş Hakan Fidanın Aİ Şurasının "Regionlararası təhlükəsizlik və əlaqə" mövzusunda keçiriləcək xarici işlər nazirlərinin iclasında iştirak üçün getdiyi Lüksemburqda baş tutub.


Görüşün təfərrüatları açıqlanmayıb.


Qeyd edək ki, oktyabrın 20-də Lüksemburq şəhərində baş tutacaq sözügedən iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər