Hakan Fidan Lüksemburqda diplomatik görüşlər keçirib
Türkiyənin xarici işlər naziri Hakan Fidan Lüksemburqda keçirilən Avropa İttifaqı Xarici Əlaqələr Şurasının nazirlər toplantısında iştirak edib. Səfər çərçivəsində nazir bir sıra Avropa rəsmiləri ilə ikitərəfli görüşlər keçirib.
Hakan Fidan Rumıniyanın xarici işlər naziri Oana Toiu və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə görüşüb. Görüşlərdə iki ölkə ilə münasibətlərin inkişafı, regional əməkdaşlıq və beynəlxalq gündəmdəki məsələlər müzakirə olunub.
Fidan həmçinin Avropa Komissiyasının vitse-prezidenti və Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasla da bir araya gəlib. Tərəflər Türkiyə–Aİ münasibətləri, enerji təhlükəsizliyi və regional sabitlik mövzularında fikir mübadiləsi aparıblar. Nazir daha sonra Ukraynanın xarici işlər naziri Andrii Sybiha ilə görüş keçirib. Danışıqlar zamanı Rusiya–Ukrayna müharibəsinin gedişi və bölgədə sülhün təmin olunması istiqamətində atıla biləcək addımlar müzakirə edilib.
TRT Haber
Ayun Vəliyeva