00:00:00
Yazar
Admin User
01.12.2025 18:23 288 1 dəq oxuma
Siyasət

Hakan Fidan Məsud Pezeşkianla görüşüb

Hakan Fidan Məsud Pezeşkianla görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan Tehranda İran Prezidenti Məsud Pezeşkian ilə görüş keçirib, bu barədə Türkiyə XİN-in məlumatında deyilir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, İran ilə Türkiyə arasında münasibətlər müsbətə doğru inkişaf edir:

 

"Türkiyənin xarici işlər naziri Hakan Fidanın İran Prezidenti Məsud Pezeşkianla görüşü də bu dinamikanı təsdiqləyir. Söhbət zamanı tərəflər regiondakı təhlükəsizlik məsələlərini, İsrailin təcavüzünü və Qəzzadakı humanitar durumu müzakirə ediblər. Bölgədəki böhranın həlli üçün Ankara və Tehran arasında koordinasiyalı fəaliyyətin vacibliyinin vurğulanması görüşün məhsuldar keçdiyini göstərir. Görüşün əsas məqsədi regionda təhlükəsizliyin təmin olunması və Qəzza probleminin həlli üçün birgə addımların müəyyənləşdirilməsi kimi görünür. Hazırda İranın Qərb, xüsusilə ABŞ-nin ciddi təzyiqləri ilə üzləşdiyi bir vaxtda islahatçı prezident Məsud Pezeşkianın Türkiyə ilə əlaqələri gücləndirməsi Tehranın müəyyən çıxış yolları axtardığını da göstərir. Bu kontekstdə, Qərblə gərginliyin azaldılması üçün Türkiyə vasitəsilə müəyyən mesajların çatdırılması ehtimalı da real görünür".

 

Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər