Hakimiyyəti onlara təhvil verməliyik – Lukaşenko
Biz asayişi bərpa etməli və hakimiyyətin cilovunu gənclərə təhvil verməliyik.
"İnformator.az" xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
O, oktyabrın 24-də Vitebsk vilayətində işgüzar səfərdə ona təqdim olunan hesabatlardan narazı qalıb, vəziyyəti “biabırçılıq” adlandırıb və nəzarətin gücləndiriləcəyini qeyd edib.
Lukaşenko həmçinin 2026-cı il yanvarın 1-dək təsərrüfatlarda tam qayda-qanun yaradılmasını tapşırıb.