Hakimlərin bahis əməliyyatları tək-tək ortaya çıxarılıb
MASAK (Maliyyə Hesabatlarının Təhlili və Araşdırılması Mərkəzi), təhlil hesabatı ilə hakimlərin bahis əməliyyatlarını tək-tək ortaya qoyub. 147 hakimin 21,7 milyon lirəlik pul hərəkəti müəyyən edilib. Hakimlər, 6 bahis şirkəti vasitəsilə 18 278 əməliyyat həyata keçirib.
İstanbul Cumhuriyyət Baş Prokurorluğu bahis istintaqına dair təfərrüatları paylaşıb. Baş Prokuror Akın Gürlek, TFF-nin inzibati istintaqı xaricində öz proseslərinin ayrı olduğunu vurğulayıb. Şahid ifadələri, idman şərhçilərindən və hakimlərdən gələn iddiaların olduğunu qeyd edən Gürlek, keçmişdə keçirilən oyunlarla bağlı CİMER vasitəsilə gələn iddiaları qiymətləndirdiklərini, MASAK hesabatının prosesə işıq tutacağını söyləyib.
TRT Haber
Səadət Əlizadə