Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 11,8% artıb
2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,8% artaraq 3613,9 milyon manat olub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3133,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 86.7%-ni təşkil edib.