00:00:00
Yazar
Admin User
16.10.2023 15:45 353 1 dəq oxuma
Dünya

HAMAS İsrailə hücum etmək üçün 4 il hazırlaşıb

HAMAS İsrailə hücum etmək üçün 4 il hazırlaşıb

HAMAS İsrailə hücum etmək üçün 4 il hazırlaşıb.

 

İnformator.az APA-ya istinad olaraq xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi yazıb.

 

Agentlik qeyd edib ki, HAMAS-ın İsrail ərazisinə hücumu tərəflər arasında qarşıdurmada yeni dövrün başlanğıcı olub:

 

“Əl-Əqsa Tufanı” əməliyyatı, HAMAS-ın 2020-ci ildən etibarən təlimlər keçməsi və mümkün hücum ssenarilərini işləyib hazırlaması sayəsində mümkün olub. HAMAS döyüşçüləri qoşunların operativ səfərbər edilməsi, şəhər mühitində döyüş əməliyyatlarının aparılması, düşmənin yaşayış məntəqələrinin və hərbi obyektlərinin ələ keçirilməsi, sahilyanı ərazilərin işğalı və desant əməliyyatları üzrə məşqlər həyata keçiriblər", - məlumatda deyilir.

 

Agentlik həmçinin vurğulayıb ki, HAMAS təşkilatının builki təlimləri “Əl-Əqsa Tufanı” əməliyyatından cəmi bir ay əvvəl baş tutub. İsrail hakimiyyəti təlimləri ciddi qəbul etməyib və təşkilatın döyüş strategiyasını tədqiq etməyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər