Hazırda 1021 nəfər orqan transplantasiyası üçün növbədədir
Hazırda 1021 nəfər orqan transplantasiyası üçün növbədədir.
Bu barədə "İnformator.az"a Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Mərkəz fəaliyyətə başlayana qədər 1862 əməliyyat icra edilib: "Mərkəzin fəaliyyətə başlamasından (2022-ci il) indiyədək isə 987 orqan transplantasiyası həyata keçirilib ki, bu əməliyyatlardan da 948-i uğurla nəticələnib".
