00:00:00
Yazar
Admin User
13.10.2025 18:18 92 2 dəq oxuma
Siyasət

“ Hazırda Moskva nə Ukrayna, nə də Qərblə danışıqlar masasına əyləşmək niyyətindədir”

“ Hazırda Moskva nə Ukrayna, nə də Qərblə danışıqlar masasına əyləşmək niyyətindədir”

ABŞ-nin Ukraynaya göndərdiyi yeni hərbi texnika və maliyyə yardımı müharibənin gedişatında balansı dəyişib. Ukraynanın Rusiya ərazilərindəki NEZ-ləri (neft emalı zavodlarını) vurması isə Moskva ilə Qərb arasında diplomatik gərginliyi daha da artırıb.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Qərbin davamlı şəkildə Ukraynaya hərbi və maliyyə yardımı göstərməsi müharibənin uzanmasına və gərginliyin dərinləşməsinə səbəb olur:


“Ukraynaya verilən silahlar, xüsusilə uzunmənzilli hücum vasitələri artıq Rusiyanın daxili ərazilərinə qədər zərbələrin endirilməsinə imkan yaradır. Bu isə münaqişənin coğrafiyasını genişləndirir və Moskvanın daha sərt addımlar atmasına gətirib çıxarır. Qərbin məqsədi Ukraynaya üstünlük qazandırmaq olsa da, bu proses əslində Rusiyanı birbaşa qarşıdurmaya itələyir. Son Tramp–Putin görüşündən sonra diplomatik mühitin bir qədər yumşalacağı gözlənilsə də, yeni silah paketləri vəziyyəti yenidən gərgin müstəviyə qaytarıb. Vaşinqtonun bu addımı Rusiya tərəfindən təxribat kimi qəbul olunur. Hazırda Moskva nə Ukrayna, nə də Qərblə danışıqlar masasına əyləşmək niyyətindədir. Diplomatik proseslərin dayanması isə sülh danışıqlarının mümkünlüyünü daha da zəiflədir. Əksinə, bu vəziyyət müharibənin həm zaman, həm də coğrafi baxımdan genişlənməsinə yol açır. Silahların artması həm döyüşlərin intensivliyini, həm də insan tələfatını yüksəldəcək.
Rusiya bu yardımları ABŞ və NATO-nun birbaşa qarşıdurma niyyəti kimi qiymətləndirəcək. Bu isə Avropada yeni təhlükəsizlik risklərinin yaranmasına səbəb ola bilər. Diplomatik danışıqlar üçün zəmin getdikcə daralır və tərəflər hərbi üstünlük əldə etməyə çalışır. Bu da sülh prosesini ən azı yaxın müddətdə mümkünsüz edir.Qərbin Ukraynaya yardımları davam etdiyi müddətdə müharibənin sonu görünmür. Bu qarşıdurma artıq təkcə Rusiya və Ukrayna arasında deyil, eyni zamanda Qərb və Moskva arasında güc balansının sınağına çevrilib. Silahların çoxalması, insan resurslarının tükənməsi və iqtisadi təzyiqlərin artması fonunda tərəflərin masaya oturması yaxın zamanda real görünmür”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər