00:00:00
Yazar
Admin User
13.10.2023 17:48 652 2 dəq oxuma
Sosial

Hazırda repetitor qiymətləri ucuzdur

Hazırda repetitor qiymətləri ucuzdur

Günümüzdə imtahana hazırlaşan abituriyentlərin ən böyük köməkçisi repetitor hazırlıqlarıdır. İndi təkcə, imtahanlara hazırlaşan abituriyentlər yox, ibtidai sinifdən başlayaraq azyaşlılar da repetitor yanın hazırlığa gedir. Şagirdlərin sayı ilə yanaşı repetitor qiymətlərində də artım müşahidə olunur.
Qiymətlər rayonlarda və regionlarda 30-50 azn, şəhərlərdə isə 50-100 arası dəyişir.
Bəs, bu qiymətlər repetitorların tədrisi üçün uyğundur mu?

 

Təhsil eksperti Qoşqar Məhərrəmov sözügedən məsələ ilə İnformator.az-a açıqlama edib. Ekspert düşünür ki, hazırda repetitor qiymətləri ucuzdur.

 

"Əgər qrupda 5-10 şagird varsa, deməli bundan həm müəllim, həm də şagird bəhrələnir. Repetitorluq özəl xidmət olduğu üçün qiymətlərin yüksək olması normaldır. Çünki bazar qiymətlərinin yüksəlməsi,həyat şəraitinin bahalaşması hər sahəyə təsir etdiyi kimi repetitor qiymətlərindən də yan keçmir”.

 

Qoşqar Məhərrəmov repetitor hazırlıqlarının yaranma səbəbləri və zərurət halını alması ilə bağlı fikirlərini də qeyd edib.

 

"Düşünürəm ki,repetitor zərurət olmamalıdır. Bunun zərurət olmaması üçün valideyn kiçik yaşlardan uşaqların dərslərinə nəzarət etməli,müəllimlər azyaşlı şagirdlərin repetitora ehtiyacı olmadığı ilə bağlı şagirdi yaxud valideyni qane etməlidir.
Repetitor şagirdi arxayınlaşdırır, məktəbə qarşı hörmətsiz edir. Bunun qarşısını almaq üçün müəllimlər,məktəb rəhbərləri keyfiyyətli tədris üçün çalışmalı, valideynlərə də təbliğ etməlidirlır ki,repetitora ehtiyac duyulmur. Ancaq indi bir çox hallarda repetitorlara tələbat artır. Xüsusilə,imtahan öncəsi müəllim şagirdlərə keyfiyyətli dərs keçməsə,şagird üçün repetitora zərurət yaranacaq".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər