00:00:00
Yazar
Admin User
09.12.2025 18:14 257 3 dəq oxuma
Siyasət

“Hazırda Tailand və Kamboca arasında vəziyyət xeyli gərginləşib”

“Hazırda Tailand və Kamboca arasında vəziyyət xeyli gərginləşib”

Tailand Kambocanın sərhəd boyunca yerləşən hərbi birləşmələrini ərazidən çıxarmağa başlayıb. Addım bölgədə artan gərginliyi azaltmaq və iki ölkə arasında illərdir davam edən sərhəd mübahisələrinin yumşaldılmasına yönəlmiş mühüm diplomatik jest kimi dəyərləndirilir.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda Tailand və Kamboca arasında vəziyyət xeyli gərginləşib:

 

“Tərəflərin bir-birinin ərazilərinə qarşılıqlı zərbələr endirdiyi bildirilir. Regionda vəziyyət tədricən gərginlikdən genişmiqyaslı eskalasiyaya doğru gedir və bu həm təhlükəsizlik, həm də humanitar baxımdan ciddi narahatlıq yaradır. Məlumata görə, ilkin olaraq Kamboca tərəfi Tailand mövqelərinə atəş açıb və münaqişə məhz bu insidentdən sonra kəskin hal alıb. Sərhəd toqquşmaları nəticəsində itkilərin olduğu barədə xəbərlər yayılıb. Tailand ordusunun qırıcılardan, ağır artilleriyadan və pilotsuz uçuş aparatlarından istifadə etməsi münaqişənin miqyasını daha da böyüdüb. Üç dinc sakinin yaralandığı deyilsə də, son rəqəmlər itkilərin bundan daha çox olduğunu göstərir. Sərhəd bölgələrinə ağır texnika və silahların daşınması da vəziyyətin nə qədər ciddi olduğunu açıq şəkildə nümayiş etdirir. Tailandla Çin arasında uzun illərdir davam edən anlaşılmazlıqlar və ziddiyyətlər fonunda ABŞ-nin bölgədə təsir dairəsini genişləndirmək məqsədilə münaqişə ocaqlarının yaranmasında maraqlı ola biləcəyi ehtimal edilir. Bu isə hadisələrin yalnız regional yox, həm də qlobal geosiyasi maraqlar fonunda cərəyan etdiyini göstərir.Tailand hökumətinin sərhəd bölgələrindəki 641 məktəbin fəaliyyətini müvəqqəti dayandırması vəziyyətin nə qədər təhlükəli olduğunu təsdiqləyir. Bu, münaqişənin planlı şəkildə genişləndirildiyi, tərəflərin zorakılığa sürükləndiyi ehtimalını da artırır. Onsuz da bu ilin iyul ayında iki ölkə arasında sərhədin mübahisəli hissəsində baş verən toqquşmalarda onlarla insan həlak olub. İyulun 28-də əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, problem yenidən alovlanıb və müharibə riski artıb”.


Həmçinin ekspert qeyd edir ki, hər iki ölkə arasında sərhəd problemi uzun illərdir mövcuddur:

 

“Lakin qlobal güclər bu cür zəif nöqtələrdən istifadə edərək öz maraqlarını reallaşdırmağa çalışırlar. Necə ki, Pakistan–Əfqanıstan münasibətlərində oxşar ssenariləri görmüşük. Buna görə də qoşunların çıxarılması iki ölkə arasında danışıqlara müsbət təsir göstərə bilər, lakin bu yalnız o halda mümkündür ki, prosesə xarici müdaxilə və kənar maraqlar təsir etməsin. Əgər əsas məqsəd bu ölkələri bir-birinə qarşı istifadə etməkdirsə, təkcə qoşunların çıxarılması ilə sülh mümkün olmayacaq.Beynəlxalq təşkilatların hazırkı passivliyi isə vəziyyəti daha da mürəkkəbləşdirir. Son illərdə bu qurumların qlobal münaqişələrdə rolunun zəiflədiyini görürük. Onlar sanki yalnız tövsiyə verə bilən, lakin real təsir imkanları məhdud olan bir quruma çevriliblər. Bu səbəbdən də bölgədəki problemlərin həllində beynəlxalq təşkilatlardan ciddi dəstək gözləmək real deyil.Şübhəsiz ki, bölgədə əsas maraqları olan super güclər Çin və ABŞ-dır. Rusiyanın isə dolayı təsir imkanlarının olduğu ehtimal edilir. Son nəticə isə məhz bu güclərin davam edən münaqişəyə münasibətindən, siyasi iradəsindən və prosesə nə dərəcədə müdaxilə edəcəyindən asılı olacaq”.

 

Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər