Həbsə düşmək üçün bank soydu, məbləğ hər kəsi şoka saldı
ABŞ-ın Yuta ştatında 65 yaşlı kişi həbsxanaya düşmək üçün banka basqın edib.
İnformator.az xəbər verir ki, hadisə ştatın Solt Leyk Siti şəhərində baş verib. Belə ki, Donald Santrakroce adlı şəxs banka daxil olaraq kassirdən 1 dollar verməsini tələb edib. Pulu alan Donal bank işçisindən polisə zəng edərək hadisə barəsində məlumat verməsini xahiş edib. 65 yaşlı kişi bankda polisin gəlməsini gözləyib.
Hadisə yerinə gələn polis Santrakroceni saxlayıb. Faktla bağlı araşdırma aparılır.
