Herş ABŞ seçkilərində Baydenin namizədliyindən danışıb
"ABŞ prezidenti Co Bayden keçmiş prezident Donald Trampa debatda uduzacağı təqdirdə qarşıdan gələn seçkilərdə əvəzlənə bilər". Bu barədə amerikalı araşdırmaçı jurnalist Seymur Herş öz Substack bloqunda mənbələrə istinadən məlumat verib.
“Mənə dedilər ki, əgər o, cümə axşamı günü çox zəif çıxış edərsə, son variantlardan biri Bayden və ailəsinin məsləhətçiləri ilə avqustda Çikaqoda keçiriləcək Demokratlar Konqresinə gələcəyi və qalibi kimi təbrik ediləcəyi barədə razılığa gəlməkdir”, - Herş bildirib.
Jurnalistin sözlərinə görə, “prezidentin köhnə dostlarından biri onunla söhbətində etiraf edib ki, ABŞ Demokratik Partiyası İllinoys ştatının başçısı Cey Pritzker və Kaliforniya qubernatoru Qavin Nyusom kimi namizədlərin irəli sürülməsini müzakirə edir.
Bundan əvvəl məlum olub ki, Baydenin köməkçiləri də daxil olmaqla, yüksək vəzifəli demokratlar liderin seçki kampaniyasına yanaşmasına görə seçkilərdə qalib gəlmək qabiliyyətinə şübhə ilə yanaşırlar.
Banuçiçək Kalbalıyeva
