00:00:00
Yazar
Admin User
18.12.2023 14:38 413 1 dəq oxuma
Yoxdur

"Heydər Əliyev adına təqaüd"çü

"İnformator.az" saytının növbəti müsahibi "Heydər Əliyev adına təqaüd" mükafatçısı, Bakı Dövlət Universiteti Riyaziyyat müəllimliyi ixtisasının tələbəsi Rübabə Aslanova
"Heydər Əliyev adına təqaüd"çü

Rübabə Aslanova kimdir? 

-Rübabə Aslanova, 12.12.2003 tarixində Bakı şəhərində anadan olmuşam. 2010-2021ci illərdə Bakı şəhəri, Nizami rayonu 227 nömrəli tam orta məktəbdə təhsil alıb və oranı fərqlənmə attestatı ilə bitirdim. 2021-ci ildə 1-ci blok fənləri üzrə qəbul imtahanlarında iştirak edib və 689,2 balla Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə, Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul oldum. 2021-ci ildə BDU-ya ən yüksək balla qəbul olan tələbə idim və Prezident təqaüdünə layiq görüldüm. Yüksək balla müəllimlik ixtisasını seçdiyim üçün Gələcəyin müəllimi təqaüdünü də qazandım.

Dərslərimə çox ciddi yanaşıram və ümumi orta göstəricim 99,4-dür. Eyni zamanda qrup nümayəndəsiyəm. 

Təqaüd üçün heç bir müraciət tələb olunmurdu. Azərbaycan Respublikası Prezidentinin 24 iyun tarixli sərəncamına əsasən bakalavriant səviyyəsi üzrə təhsilində fərqlənən 100 tələbəyə Heydər Əliyev adına təqaüd təsis edilməli idi. Bunun üçün universitetlərdə komissiya yaradılmışdı. Mən də inanırdım ki, bu təqaüdü qazanacam, çünki ümumi orta göstərici balım yüksək idi.

Qazandığınız mükafatı nəyə xərcləməyi düşünürsünüz?

Qazandığım təqaüdü təhsil xərclərimə xərcləməyi düşünürəm.

Təqaüd qazanmaq xəbərini necə aldınız?

12 dekabr tarixində (doğum günümdə) tyutorum mənə təqaüdü qazandığım xəbərini verdi. Sevinc və qürur dolu anlar yaşadım. 

Gələcək planlarınız nələrdir?

Gələcək planlarımda ali təhsilimi davam etmək, öz ixtisasım üzrə peşəkar fəaliyyətə başlamaq, dövlətimizə və millətimizə istedadlı və bacarıqlı şagirdlər yetişdirməkdir.

 

Asiman Hafizqızı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər