00:00:00
Yazar
Admin User
15.10.2025 17:15 85 1 dəq oxuma
Dünya

Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşüb

Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə görüşüb.


“İnformator.az” xəbər verir ki, bu barədə Prezidentin köməkçisi X hesabında yazıb.


"Biz Almaniya Xarici İşlər Nazirliyinin dövlət katibi Qeza Andreas von Qayr ilə regional məsələləri, bölgədə sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən əlaqələrin inkişafına dair layihələri müzakirə etdik. Azərbaycanın Almaniya ilə həmişə dostluq və yaxşı münasibətləri olub", - H.Hacıyev qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər