00:00:00
Yazar
Admin User
10.11.2025 17:02 104 2 dəq oxuma
Siyasət

Hikmət Hacıyev NATO ilə sülh gündəliyini müzakirə edib

Hikmət Hacıyev NATO ilə sülh gündəliyini müzakirə edib

 

Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO nümayəndə heyəti ilə görüşüb. O, görüş zamanı NATO-Azərbaycan tərəfdaşlığının səmərəli inkişafı, regional təhlükəsizlik məsələləri və Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi ilə bağlı fikir mübadiləsi apardıqlarını bildirib. Hacıyev görüşdən məmnunluğunu ifadə edərək tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Mövzu ilə bağlı "Novoye vremya" qəzetinin baş redaktoru, politoloq Şakir Ağayev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan Ordusu artıq NATO standartlarına keçib:

 

"Neçə müddətdir NATO nümayəndə heyəti Azərbaycanda görüşlər keçirir, ən yüksək səviyyədə görüşlər olub və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev nümayəndə heyəti ilə görüşüb. Görüşdə regiondakı təhlükəsizlik, Ermənistanla sülh prosesinin gedişatı məsələləri müzakirə olunub və NATO tərəfdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunulub. Biz bilirik ki, NATO ilə əməkdaşlıq uzun müddətdir davam edir. Azərbaycan NATO-nun bir sıra missiyalarında, o cümlədən terror əleyhinə missiyalarında daim yaxından iştirak edib və Azərbaycan NATO münasibətlərində Azərbaycan həmişə NATO-nun tədbirlərində iştirak edib. Regionun təhlükəsizlik üçün hərbi, siyasi baxımdan öz rolunu oynaya bilər. Azərbaycan Ordusu artıq NATO standartlarına keçib və ölkə başçısı 8  noyabrda 44 günlük müharibənin zəfər bayramında özü qeyd etdi ki, Azərbaycan Ordusu artıq NATO standartlarına keçib və öz silahlı qüvvələrinin bu standartlara uyğun formalaşdırır".

 

Həmçinin müsahib bildirib ki, hərbi təcrübənin artmasında, Azərbaycan NATO təcrübəsinin öyrənilməsində və regionda NATO dövlətlərinin sülhünün bərqərar olmasında müəyyən rol oynaya bilər ki, bu da regionun təhlükəsizliyi üçün əhəmiyyətlidir:


"Azərbaycan-Ermənistan sülh məsələsi ilə bağlı addımlara gələsi olsaq, fikrimcə, ilk növbədə sülh müqaviləsinin bağlanması üçün Azərbaycanın şərti var ki, Ermənistan konstitusiyası dəyişilməlidir və bu konstitusiya dəyişilən kimi konstitusiyada Azərbaycana qarşı olan ərazi iddiası aradan qaldırılmalıdır və sülh müqaviləsi bundan sonra bağlanmalıdır. Düşünürəm ki, bu məsələ müzakirə olunub. Zəngəzur dəhlizi, kommunikasiyaların açılması məsələsi müzakirə olunub. Sülh sazişinin irəliləməsi üçün bu sahədə Azərbaycanın mövqeyi aydındır. Azərbaycan öz mövqeyini bildirib və NATO dövlətləri, ilk növbədə Amerika Birləşmiş Ştatları, sözsüz ki, Ermənistandan tələb edilməlidir ki, bu şərtləri həyata keçirsin ki, tezliklə regionda sülh bağlansın. Bu sülh müqaviləsi regionun təhlükəsizliyi üçün, Cənubi Qafqazda sabitliyin daimi olması üçün çox vacibdir. Düşünürəm ki, əsas müzakirə mövzusu bunlar ola bilər ki, sülh müqaviləsi tezliklə bağlansın. Məncə, 8 avqust ABŞ-də mzalanmış sənədin mahiyyəti müzakirə oluna bilər və sülhün tezliklə bağlanması üçün nə etmək lazım olduğunu Ermənistan müzakirə edə bilər".

 

Eslanda Kulieva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər