00:00:00
Yazar
Admin User
21.10.2025 12:43 111 1 dəq oxuma
Dünya

Hindistan indi də Yaxın Şərq nefti alır

Hindistan indi də Yaxın Şərq nefti alır

Hindistanın ən böyük neft emalı şirkətlərindən biri olan “Reliance İndustries” Rusiyadan neft alışlarını azaldaraq Yaxın Şərq ölkələrindən neft tədarükünü artırmağa başlayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

 

Məlumata görə, “Reliance” artıq İraqın “Basrah Medium”, Qətərin “Al Shaheen” və “Qatar Land” neft növləri də daxil olmaqla, ən azı 2.5 milyon barrel Yaxın Şərq nefti alıb.

 

Şirkət hazırda keyfiyyət baxımından rus neftinə yaxın olan digər variantları da araşdırır.

 

Qeyd edək ki, Hindistanın iki böyük neft emalı zavodu ABŞ-nin “Exxon Mobil” şirkətindən 4 milyon barrel Qayana nefti almaq üçün müqavilə imzalayıb.

 

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko isə dünən açıqlamasında ABŞ Prezidenti Donald Trampın hədələrinə baxmayaraq, Rusiyanın Hindistana neft ixracının davam etdiyini bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər